ŞİMALİ KOREYADAN ABŞ-A XƏBƏRDARLIQ: “BUNU MÜHARİBƏ ELANI SAYIRIQ”backend

ŞİMALİ KOREYADAN ABŞ-A XƏBƏRDARLIQ: “BUNU MÜHARİBƏ ELANI SAYIRIQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen Inın bacısı Kim Yo Conq xəbərdarlıq edib ki, ABŞ Pxenyanın silah sınaqları çərçivəsində atdığı hər hansı raketi vurarsa, bu, “açıq-aşkar müharibə elanı” sayılacaq.

Tribunainfo.az CNN-ə istinadən xəbər verir ki, ABŞ və Cənubi Koreyanın bölgədə həyata keçirdiyi birgə hərbi təlimlər və Şimali Koreyanın raket sınaqları Koreya yarımadasındakı gərginliyi artırarkən, Şimali Koreya lideri Kim Çen Inın bacısı və Mərkəzi Komitə sədrinin müavini Kim Yo Conq da Koreya yarımadasında gərginliyi artırıb. Koreya İşçi Partiyasının Komitəsi, ABŞ-a təhdid olaraq bir xəbərdarlıq edib.

Cənubi Koreya mətbuatı ABŞ qüvvələrinin Hind-Sakit Okean bölgəsindəki komandanı, qitələrarası ballistik raket Sakit okeana buraxılarsa, dərhal onları vuracaqlarını söyləyib. Kim, “Həqiqətən ABŞ ordusunun mövqeyini izah etmək üçün deyilən sözlər, yoxsa kukla medianın stereotipləri? Bilmirəm, bu, oyundan başqa bir şey deyildi, amma mən sizi əvvəlcədən açıq şəkildə xəbərdar edirəm. Sakit okean nə ABŞ-ın, nə də Yaponiyanın suverenliyinə aid deyil” bildirib.

Xəbərdarlıqda deyilir, “ABŞ-ın öz yurisdiksiyasında olmayan sərbəst sularda və havada apardığı strateji silah sınaqlarımıza qonşu ölkələrin təhlükəsizliyinə zərər vermədən müdaxilə etməsi kimi hərbi cavabı açıq şəkildə müharibə elanı kimi qiymətləndiriləcək. Və onlar böyük bir şəkildə cavab verməyə hazırdırlar”.