1990-cı illərin əvvəlllərindən Rusiyada fəaliyyət göstərən erməni separatçılarının “nümayəndiliyi” fəaliyyətini dayandırıb
Tribunainfo.az xəbər verir ki, bu barədə İrəvanda nəşr olunan “Fakt” qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, 2020-ci il Vətən Müharibəsindən sonra “daimi nümayəndəlik” fəaliyyətini qismən məhdudlaşdırıbmış. Lakin 2021-ci ildə bu prosesi bir qədər aktivləşdiriblər. Ötən gün isə tamamilə dayandırılması barədə qərar verilib.
Separatçıların bu addımı atmasının konkret səbəbi məlum deyil. Ehtimal olunur ki, Kreml rəsmiləri bu barədə göstəriş veriblər.
Uğur Rəhimli