SEPARATÇILAR TOİVO KLAARIN AÇIQLAMASINDAN DƏLİYƏ DÖNDÜLƏRbackend

SEPARATÇILAR TOİVO KLAARIN AÇIQLAMASINDAN DƏLİYƏ DÖNDÜLƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar Qarabağdakı qondarma rejimin təxribat törədən separatçı polislərinin məhv edilməsi haqda danışıb.
Tribunainfo.az bildirir ki, separatçı administrasiyanın keçmiş “dövlət naziri” Artak Beqlaryan isə Klaarın şərhinə reaksiya verib. Terrorçu Beqlaryan qeyd edib ki, Klaarın mövqeyi ona inamsızlığı dərinləşdirir.
Klaar Twitter-də hesabında yazıb ki, qanlı insident sabitliyə və ədalətli sülhə nail olmaq üçün danışıqların təcili irəliləməsinə ehtiyac olduğunu göstərir. O, həmçinin əlavə edib ki, Bakıdadır və Münhen görüşündən sonra sülh prosesinin irəliləməsi üçün Azərbaycan rəhbərliyi ilə məzmunlu görüşləri səbirsizliklə gözləyir.
Beqlaryan isə deyib ki, Klaar ya həvəskar diplomatdır, ya beynini azərbaycanlılar “yuyub”, ya korrupsionerdir, ya da Avropa dəyərləri, maraqları, insan haqları ilə bağlı təhrif olunmuş təsəvvürlərə malikdir. Dörd variantın hamısında dəyişikliklərə ehtiyac var”.
Xatırladaq ki, Azərbaycan Ordusu Qarabağa silah daşıyan erməni terrorçuları zərərsizləşdiriblər.