SEPAH YENƏ AZƏRBAYCANA DİL UZATDI: “BİZƏ DAŞ ATSALAR” – HƏDƏ…backend

SEPAH YENƏ AZƏRBAYCANA DİL UZATDI: “BİZƏ DAŞ ATSALAR” – HƏDƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Dəniz Qüvvələrinin komandanı elit hərbi qüvvələrin ölkəyə qarşı istənilən hücuma qətiyyətlə cavab verəcəyi barədə xəbərdarlıq edib.

Tribunainfo.az Mehrnews-a istinadən xəbər verir ki, “Şəhid Məhdəvi döyüş dəstək gəmisi 300-750 kilometr mənzilli qanadlı raketlər, uçuş müddəti 8 saat və 200 kilometr mənzilli “Sepehr-7” şaquli buraxılış aparatları və 1300 mənzilli kamikadze dronlarla təchiz edilib və o, həmçinin 5 helikopter daşıya bilir”, – kontr-admiral Əlireza Tanqsiri televiziya proqramında deyib.

Bu açıqlamalar okeanda üzən hərbi gəminin SEPAH Hərbi Dəniz Qüvvələrinin donanmasına qoşulmasından bir neçə gün sonraya təsadüf edib.

Uzunluğu 240 metr və eni 27 metr olan 2100 tonluq gəmi 3D fazalı radar və yüksək inkişaf etmiş elektron müharibə telekommunikasiya sistemləri ilə təchiz edilib.

Komandir şərh edərkən, SEPAH Hərbi Dəniz Qüvvələrinin Tareq sinifli qayıqlarının 180 kilometr mənzilli raketlərlə təchiz edildiyini bildirib və əlavə edib ki, qayıqlar 60 knot sürətlə üzərkən raketlərini vura bilirlər.

O qeyd edib ki, Aşura və Zülfüqar sinifli qayıqlar müvafiq olaraq Kovasr-200 və Navab raketləri ilə təchiz edilib. Press TV-nin məlumatına görə, Navab və Səyyad-3 raketləri Şəhid Süleymani döyüş gəmisinə quraşdırılıb.

“Bizim süni intellektlə təchiz edilmiş və digər pilotsuz gəmiləri idarə etmək və onlarla birlikdə hücum etmək iqtidarında olan pilotsuz gəmilərimiz var”.

“Bu gün bəzi qonşu ölkələr uşaqları qətlə yetirən sionist rejimə bölgədə möhkəm yer veriblər. Ancaq bilməlidirlər ki, bizə daş atsalar, cavab verəcəyik. Əgər gəmilərimiz problemlə üzləşsə, İranın cəsarəti bunu cavabsız qoymayacaq”.