“Səhiyyə TV” buna görə cərimələndi – SƏBƏBbackend

“Səhiyyə TV” buna görə cərimələndi – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İki ildir fəaliyyət göstərən özəl kanallardan olan “Səhiyyə TV” ilə bağlı cərimə protokolu tərtib edilib.

Tribunainfo.az xəbər verir ki, kanal İnzibati Xətalar Məcəlləsinin informasiyadan istifadə edilməsi. Onun yayılması və mühafizəsi ilə bağlı olan 381-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, Kütləvi İnformasiya Vasitələri məhsullarının qanunla müəyyən edilmiş qaydada yayılmasına mane olmağa və ya dövri mətbu nəşrin tirajının pərakəndə satışına qanunla nəzərdə tutulmayan məhdudiyyətlər qoyulmasına görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Səhiyyə TV”-nin işinə Nəsimi Rayon Məhkəməsində 27 iyun tarixində baxılacaq. İş hakim Solmaz Mustafayevanın icraatındadır.

Nigar