Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi tərk edibbackend

Səfərbərlik elan edildikdən sonra Rusiyanı 261 min kişi tərk edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Federal Təhlükəsizlik Xidməti (FSB) bildirib ki, qismən səfərbərlik elan edildikdən sonra 261 min kişi Rusiyanı tərk edib”.
TİA.AZ
xəbər verir ki, bu barədə “Novaya qazeta” Rusiya Federasiyasının Prezident Administrasiyasındakı (AP) mənbəyə istinadla məlumat yayıb.
Qeyd olunub ki, bu məlumatdan sonra Prezident Administrasiyasında hərbi xidmətə uyğun yaşda olan kişilər üçün sərhədlərin bağlanması ilə bağlı müzakirələr başlayıb.
“AP-də elə ab-hava var ki, təhlükəsizlik qüvvələri və Müdafiə Nazirliyi Putini çox gec olmadan çıxışı bağlamağa razı sala biləcək”, – AP rəsmisi bildirib.
Nəşr bildirir ki, bu gün qismən səfərbərlik meyarına düşən və Rusiyanı tərk etməyə cəhd edən bəzi vətəndaşlara sərhədlərdə bildirişlər verməyə başlayıblar. Bildirişlərdə hərbi komissarlığın qərarı ilə ölkəni tərk etməyin qadağan olduğu göstərilir. Artıq ən azı beş belə halın qeydə alındığı bildirilir.