Şahmatçılarımız Ermənistanı məğlub etdilərbackend

Şahmatçılarımız Ermənistanı məğlub etdilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın kişilərdən ibarət milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən 43-cü Ümumdünya Şahmat Olimpiadasında növbəti oyununu keçirib.
 
TİA.AZ “Report”a istinadən xəbər verir ki, yığma V turda Ermənistan kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan şahmatçılarının qələbəsi ilə başa çatıb – 2,5:1,5.
Yığmanın heyətində Şəhriyar Məmmədayov Levon Aronyanı məğlub edib. Teymur Rəcəbov isə Qabriel Sargissyandan üstün olub. Rauf Məmmədov öz görüşünü heş-heçə ilə başa vurduğu halda, Arkadi Naydiç dueldən məğlub ayrılıb.
V turdan sonra xallarının sayını 10-a yüksəldən Azərbaycan millisi turnir cədvəlinə başçılıq edir.
Ermənistan – Azərbaycan – 1,5:2,5
Levon Aronyan – Şəhriyar Məmmədyarov – 0:1
Qabriel Sargissyan – Teymur Rəcəbov 0 :1
Qrant Melkumyan – Arkadi Naydiç – 1:0
Hayk Martirosyan – Rauf Məmmədov – 0,5 – 0,5
Rəcəbov və Məmmədov ağ, Məmmədyarov və Naydiç qara fiqurlarla oynayıb.