Qəzza aclığın pəncəsində: Ərzaq tükənir…backend

Qəzza aclığın pəncəsində: Ərzaq tükənir…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrailin hücumlarını davam etdirdiyi Qəzzanın cənubunda humanitar yardım blokadası səbəbindən ərzaq tükənmək üzrədir.

Bakupost.az xarici mediaya istinadla xəbər verir ki, BMT-nin Humanitar Yardım Agentliyinin (OCHA) rəhbəri Georgios Petropoulos təxminən 1,5 milyon fələstinlinin İsrailin hücumlarından sığındığı cənubda ərzaqların tükənmək üzrə olduğunu açıqlayıb.
Digər tərəfdən, Misir mətbuatının məlumatına görə, Qahirə rəhbərliyi Qəzzada humanitar vəziyyətin fəlakətə çevrilməsindən İsrailin məsuliyyət daşıdığını bəyan edib.

Qeyd edək ki, yardım üçün vacib olan Rəfah sərhəd qapısı mayın 7-dən bağlıdır.