Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb

Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Şahmat Federasiyası, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə növbəti dəfə “Baku Open-2025” Beynəlxalq Şahmat Festivalı baş tutacaq.

Tribunainfo.az xəbər verir ki, festivaldan öncə şahmat dünyasının əfsanəvi simalarından biri, 15-ci dünya çempionu Vişvanatan Anand Bakıya səfər edəcək.

Hindistanlı şahmatçı Azərbaycan çempionatının son qalibi Rauf Məmmədovla rapid və blits partiyalarında üz-üzə gələcək. Vişvanatan Anandla Rauf Məmmədov arasında turnirin 27-30 aprel tarixlərində keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, “Baku Open – 2025” Beynəlxalq Şahmat Festivalı Baku Crystal Hall-da 27 aprel (gəlmə günü) – 6 may (son tur və bağlanış) tarixləri arasında keçiriləcək və şahmatçılar üç qrupda İsveçrə sistemi üzrə 9 turda (A, B və C) mübarizə aparacaq.

Festivalın ümumi mükafat fondu 55 000 ABŞ dollarına bərabərdir.