Şabranda ana və uşaq doğuş zamanı öldü, ailəsi  ginekoloqu ittiham edir…VİDEObackend

Şabranda ana və uşaq doğuş zamanı öldü, ailəsi ginekoloqu ittiham edir…VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“37 yaşlı həyat yoldaşım Qasımova Nailə Əlihüseyn qızı və doğulacaq övladımız Şabran rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Anita Cəbrayılovanın üzündən dünyasını dəyişib. Yoldaşımın da, doğulacaq körpəmin də ölümünə səbəb odur. İndi də bizə ətraflı məlumat, vermədən qaçıb gizlənib. Mənim iki azyaşlı övladım anasız qaldı”.

Bu sözləri Tribunainfo.az-a Şabran şəhər sakini Qasımov Kərəm Qurbanəli oğlu bildirib. O, ölümə həkim səhlənkarlığının səbəb olduğunu bildirir:

“Həyat yoldaşımı martın 12-si səhər saat 8-də özüm xəstəxanaya aparmışam. Doğuş15 martda gözlənilirdi. Yoldaşım özünü çox yaxşı hiss edirdi. Doğum şöbəsinin həkimi, hamiləliyi 9 ay boyunca izləyən ginekoloq Anita Cəbrayılova saat 9-dan yoldaşımı saldı doğuşa. Bizə də bildirdi ki, 1-2 saata doğuş olacaq.

Saat 10:29 radələrinə kimi həkimlər tərəfindən xəstənin vəziyyəti ilə əlaqədar bizə heç bir məlumat verilməyib və  çoxsaylı təkidlərdən sonra qapıdan deyilib ki, ana əməliyyata qaldırıldı. Halbuki, əməliyyat üçün heç kimin icazəsi alınmayıb, heç kimdən razılıq barədə imza tələb olunmayıb.

Saat 14:15 -də qapıdan məlumat verilib ki, sizin gəlin ölüb (əməliyyatdan sağ çıxmayıb) və heç bir həkim çıxıb hadisə ilə bağlı məruzə etməyib.

Hamiləlik müddətində  yoldaşım bütün müayinələrdən keçib və heç bir şikayəti olmayıb. Yoldaşım vaxtından 3 gün əvvəl yenidən müayinəyə gedib və hadisə həkimlərin məsuliyyətsizliyi ucbatından baş verib.

Həkimlərin məsuliyyətsizliyi ucbatından həm yoldaşım, həm də körpəmiz dünyasını dəyişib”.
Şikayətçi deyir ki, doğuşu həyata keçirən və 9 ay boyunca hamiləliyi izləyən həkim Anita Cəbrayılova indi qaçıb gizlənib: “Yoldaşım çox normal hamiləlik keçirib. 9 ay ərzində hər ay bu həkimin müayinəsində olmuşuq. Bütün müayinə kağızlarımz da var. Nə yoldaşımda, nə uşaqda heç bir problem olmayıb 9 ay müddətində”.

Səxavət Cəbrayılov

Şikayətçi bildirib ki, hadisədən sonra nə doğuşu həyata keçirən Anita Cəbrayılova, nə də xəstəxana rəhbərliyi açıqlama vermir: “Nə Şabran rayon Mərkəzi Xəstəxanasının direktoru Səxavət Cəbrayılov, nə də onun həyat yoldaşı, yoldaşımın ölümünə səbəb olan ginekoloq Anita Cəbrayılova bizə ölümün səbəbi barədə heç bir məlumat vermir. Adamı ölən mənəm, bunlar bizim üstümüzə polis çağırıb, polislə bizi mühasirəyə alıblar. Bu ər-arvad alıblar Şabran rayon Mərkəzi Xəstəxanasını əllərinə, istədiklərini edirlər. Heç kəs bata bilmir bu adamlara. Bu həkim ucbatından mənim 5 və 8 yaşlı uşaqlarım anasız qaldılar”.

Qeyd edək ki, Şabran rayon Mərkəzi Xəstəxanasında 1987-ci il təvəllüdlü Qasımova Nailə Əlihüseyn qızı və onun dünyaya gətirdiyi körpəsi doğuş zamanı dünyasını dəyişib.

Nigar