Şabrançayda meyiti tapılan 2 nəfərin kimliyi bilindi

Şabrançayda meyiti tapılan 2 nəfərin kimliyi bilindi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi aprelin 16-sı Şabrançay çayının Şabran rayonu, Xəlfələr kəndindən keçən hissəsində 2 nəfər batıb.
Tribunainfo.az-ın məlumatına görə, meyiti tapılan şəxslər Şirvan şəhər sakini 59 yaşlı Nurməmməd Qəhrəman oğlu Məmmədov və Salyan rayon sakini  63 yaşlı Etibar Hafiz oğlu Nağıyevdir.

Onların “Siyəzən Oil” neft şirkətinin əməkdaşları olduğu bildirilir. İlkin məlumata görə, hər 2 şəxs işə gedən zaman selə düşüb.

Faktla bağlı Şabran Rayon Prokurorluğunda araşdırma aparılır.

APA