Sabahdan Rusiyada qeydiyyatda olan avtomobillərin Polşaya girişi qadağan ediləcəkbackend

Sabahdan Rusiyada qeydiyyatda olan avtomobillərin Polşaya girişi qadağan ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşa hakimiyyəti sentyabrın 17-dən Rusiyada qeydiyyatda olan avtomobillərin ölkə ərazisinə daxil olmasına qadağa qoyulmasına dair qərar qəbul edib.

Tribunainfo.az  TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski sentyabrın 16-da keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, sentyabrın 8-də Avropa Komissiyası Rusiyada qeydiyyatda olan avtomobillərin Avropa İttifaqı ölkələri ərazisinə girişinə qadağa qoyulması ilə bağlı qərar qəbul edib: “Həmin qadağa Polşa sərhədində sabahdan qüvvəyə minəcək”.