Rusiyanın xarici dövlət borcu 491 mlrd. dollara düşübbackend

Rusiyanın xarici dövlət borcu 491 mlrd. dollara düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin əvvəlindən Rusiyanın xarici dövlət borcu 27,4 mlrd. ABŞ dolları və yaxud 5,3% azalaraq 490,7 mlrd. dollara düşüb.

“Report” xəbər verir ki, bu barədə Rusiya Bankı (Mərkəzi Bank) məlumat yayıb.

“Xarici dövlət borcunun azalması xarici investorların Rusiya banklarının cari və depozit hesablarındakı vəsaitlərinin azalması, qeyri-maliyyə təşkilatlarının xaricdən cəlb etdikləri ssuda və istiqrazlar üzrə öhdəliklərinin azalması, həmçinin qeyri-rezidentlərin Rusiya rublundə buraxılmış qiymətli kağızlar üzrə borc öhdəliklərinin azalması hesabına baş verib”, – deyə məlumatda qeyd olunub.