Rusiyanın helikopteri və 30-dan çox dronu vuruldubackend

Rusiyanın helikopteri və 30-dan çox dronu vuruldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son sutka ərzində Rusiya ordusu Dnepropetrovsk, Zaporojye və Xarkov vilayətlərinə 20 raket zərbəsi endirib. 

Tribunainfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Rusiya Silahlı Qüvvələrinin qanadlı raketlər, “İsgəndər-M” ballistik raketləri və S-300 zenit raketlərindən istifadə etdiyi bildirilib.

Məlumata görə, son sutkada Rusiya ordusu Ukraynaya qarşı 48 “Şahed” kamikadze PUA-sı tətbiq edib.

Rəsmi məlumatda qeyd olunub ki, mayın 22-də Ukrayna hərbi aviasiyası düşmənin şəxsi heyətinin və hərbi texnikasının cəmləşdiyi ərazilərə 8, zenit-raket komplekslərinə 2 zərbə endirib.

“Müdafiəçilərimiz son sutka ərzində 4 ədəd X-101/X-555 qanadlı raketini, bir Mi-24 hücum helikopterini, 23 “Şahed” dronu və 9 kəşfiyyat PUA-sını məhv ediblər”, – Baş Qərargahdan bildirilib.