Rusiyada Saxalin istilik elektrik stansiyasında güclü yanğın baş verib.
TİA.AZ Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “RİA Novosti”yə “Saxalinenergo”nun mətbuat katibi Marqarita Tatarova bildirib.
Məlumata əsasən, yanğına səbəb turbogeneratorlardan birinin dayanması olub.
Rusiya Fövqəladə Hallar Nazirliyinin Saxalin vilayəti üzrə Baş İdarəsi 30 əməkdaşın yanan binanı köməksiz tərk etdiyini bildirib.