Rusiyada eyni vaxtda iki neft emalı zavoduna PUA hücumu oldu (VİDEO)backend

Rusiyada eyni vaxtda iki neft emalı zavoduna PUA hücumu oldu (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın Samara vilayətində bir anda iki müəssisəyə dronlar hücum edib.
Tribunainfo.az xəbər verir ki, bu barədə Baza teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, hücum yerli vaxtla səhər saat 6-da baş verib.
İlk pilotsuz təyyarə Sızrandakı neft emalı zavodunun ərazisinə hücum edib. Orada yanğın başlayıb. Hazırda yanan sahə 500 kvadratmetrdir.
Operativ xidmətlər hadisə yerindədir.
Eyni zamanda daha bir neçə pilotsuz təyyarə Novokuybışev neft emalı zavoduna hücum edib. Orada da yanğın başlayıb, yanğın yarım saatdan sonra söndürülüb.