Rusiyada 11 yük maşını yandırıldıbackend

Rusiyada 11 yük maşını yandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiyanın paytaxtı Moskvada və Sank-Peterburq şəhərində 11 yük maşını yandırılıb.
Qaynarinfo Ria Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya polisi məlumat yayıb. Məlumatda qeyd olunur ki, yük maşınlarının 3-ü paytaxt Moskvada, 8-si isə Sank-Peterburq şəhərində yandırılıb.
Moskvada 50 kv. metr, Sank-Peterburqda isə 100 kv. metr sahənin yandığı bildiilir. Yanğınların qəsdən törədildiyi ehtimal edilir.
İlkin məlumatlara görə, hadisə zamanı ölən və ya xəsarət alan olmayıb. Yandırılan yük maşınlarının hansı şirkətlərə aid olduğu açıqlanmayıb.
Faktla bağlı araşdırma aparılır.