RUSİYA YENİ NÜVƏ STRATEGİYASINI AÇIQLADIbackend

RUSİYA YENİ NÜVƏ STRATEGİYASINI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva nüvə silahının Rusiyanı ABŞ-ın mümkün təcavüzündən qorumaq üçün istifadə ediləcəyi yeni hərbi strategiya hazırlayır.

Tribunainfo.az Newsweek-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin jurnalı məqalə dərc edib.

“Voennaya Mysl” (Hərbi Düşüncə) jurnalında dərc olunan məqalədə Rusiyanın nüvə silahından istifadə perspektivi ilə bağlı rusiyalı siyasi xadimlərin bir sıra qızışdırıcı ifadələri yer alıb.

Rusiya dövlət televiziyasının qonaqları və aparıcıları da Moskvanın nüvə imkanları ilə öyünərək, Rusiya təcavüzünə qarşı müharibədə Ukraynanı dəstəkləyən qərb ölkələrinə zərbələr endirməyə çağırıblar.

ABŞ-ın dünya üzərindəki hökmranlığını itirməsindən narahat olduğu və buna görə də onu neytrallaşdırmaq üçün Rusiyaya zərbə endirmək planları hazırladığı qeyd edilən müdafiə jurnalı məqaləsi müzakirələrə səbəb olub.

Rusiyalı hərbi ekspertlər Rusiyanın “strateji çəkindirmə qüvvələri”ni işlətməklə ABŞ-ın təcavüzünə qarşı durmağa çalışırlar.

Rusiyanın strateji raket qüvvələri komandirinin müavini və istefada olan polkovnikin yazdığı məqalədə “Amerika təcavüzkarını” məğlub etmək “son hərbi texnologiyalar nəzərə alınmaqla müasir strateji hücum və müdafiə, nüvə və qeyri-nüvə silahları” ilə nəticələnəcək yazılıb.