RUSİYA, SURİYA, İRAN VƏ TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRLƏRİ NƏYİ MÜZAKİRƏ ETDİbackend

RUSİYA, SURİYA, İRAN VƏ TÜRKİYƏNİN XARİCİ İŞLƏR NAZİRLƏRİ NƏYİ MÜZAKİRƏ ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün, mayın 10-da Moskvada Rusiya, Suriya, Türkiyə və İran xarici işlər nazirləri Sergey Lavrov, Faysal Mikdad, Mövlud Çavuşoğlu və Hüseyn Əmir Abdullahianın dördtərəfli görüşü başlayıb.

Tribunainfo.az Hraparak nəşrinə istinadən xəbər verir ki, danışıqlar Rusiya Xarici İşlər Nazirliyinin qəbul evinin salonlarından birində gedir, gündəm isə sülh məsələsinin həllidir.

Görüş ərəfəsində Çavuşoğlu bildirib ki, o, həmkarları ilə digər məsələlərlə yanaşı, suriyalı qaçqınların vətənlərinə qayıtması, həmçinin terrorla mübarizə məsələlərini də müzakirə etməyi gözləyir.

Sergey Lavrov isə öz növbəsində Dəməşq və Ankara arasında münasibətlərin nizamlanması üçün yol xəritəsinin yaradılmasını təklif edib.

Qeyd edək ki, dördtərəfli görüşdən əvvəl Rusiya və Türkiyənin baş diplomatları arasında təkbətək söhbət olub.