Rusiya silahlarının bir partiyası artıq Ermənistandadır -Qaqik Melkonyanbackend

Rusiya silahlarının bir partiyası artıq Ermənistandadır -Qaqik Melkonyan

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Parlamentin Müdafiə Komitəsinin üzvü Qaqik Melkonyan bildirib ki, Rusiya silahlarının bir partiyası artıq Ermənistandadır.

Tribunainnfo.az News.am-a istinadən xəbər verir ki, silah yükü Ermənistana bu yaxınlarda gəlib.

Qaqik Melkonyanın sözlərinə görə, həmin partiya Rusiya ilə əvvəllər imzalanmış müqavilə çərçivəsində Ermənistana verilib.

Ötən gün Milli Assambleyanın Müdafiə Komitəsinin sədri Andranik Köçəryan Rusiyadan sifariş verilən silahların Ermənistan tərəfindən alınıb-alınmaması ilə bağlı suala “Bəli, müəyyən qədər” cavabını verib.

“Onlar bizim gözlədiyimiz həcmdə deyil, imzaladığımız müqavilənin həcminə görə nə isə verirlər, amma əminəm ki, zaman keçdikcə həll olunacaq”, – deyə Köçəryan bildirib.