RUSİYA POLŞA ƏRAZİSİNİ VURDU – Milli Təhlükəsizlik Bürosunun təcili iclası çağırılıbbackend

RUSİYA POLŞA ƏRAZİSİNİ VURDU – Milli Təhlükəsizlik Bürosunun təcili iclası çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın Baş naziri Mateuş Moravetski “böhran vəziyyəti” ilə əlaqədar hökumətin Təhlükəsizlik və Müdafiə Komitəsinin təcili iclasını çağırıb. Bu, Polşada iki raketin düşməsi xəbərləri fonunda baş verib.

“Report” xəbər verir ki, Polşanın Lyublyana vilayətinin Pşevodov kəndi ərazisinə iki raketin düşməsi faktını ZET radiosu yayıb.

Məlumata görə, raketlər taxıl qurutma maşınlarına düşüb. Hadisə nəticəsində iki nəfər ölüb. Polis, prokurorluq və ordu hadisə yerindədir.

Keçiriləcək iclasın raketlərin düşmə ehtimalı ilə bağlı olub-olmadığı barədə məlumat verilmir.

Qeyd edək ki, Polşa NATO üzvüdür. NATO nizamnaməsinin 5-ci maddəsinə əsasən, əgər bir NATO üzvü silahlı hücumun qurbanı olarsa, Alyansın bütün digər üzvləri bu zorakılıq aktını bütün NATO ölkələrinə qarşı silahlı hücum hesab edəcək və hücuma məruz qalmış NATO ölkəsinə kömək etmək üçün lazım bildikləri tədbirləri görəcəklər

Xatırladaq ki, noyabrın 15-də Ukrayna kütləvi raket hücumuna məruz qalıb. Polşa ilə həmsərhəd olan Lvov vilayətinə də raket hücumu edilib.