“Rusiya Moldovada hökuməti devirməyi planlaşdırır” – Kirbibackend

“Rusiya Moldovada hökuməti devirməyi planlaşdırır” – Kirbi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son günlər Kişinyovu silkələyən hökumət əleyhinə mitinqlər Rusiyanın Kremlə sadiq yerli Şor partiyası tərəfindən həyata keçirilən planının bir hissəsidir.

Tribunainfo.az CNN-ə istinadən verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

Onun sözlərinə görə, etirazların son məqsədi ölkənin qanuni hakimiyyətini devirməkdir.

“Moldova Avropaya inteqrasiyanı davam etdirdiyi bir vaxtda Rusiya hökuməti onu zəiflətməyə çalışır. Onların məqsədi mülki əhali ilə polis arasında süni şəkildə toqquşmalara səbəb olmaq və dövlət çevrilişinə zəmin yaratmaqdır”, – deyə Kirbi bildirib.

Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru qeyd edib ki, Rusiya Moldovada yeni etirazlar planlaşdırır.

O əlavə edib ki, Kreml Maya Sandu hökumətinin əvəzinə Moldovanın başına rusiyayönlü administrasiyanı qoymaq istəyir.

Prezident Co Bayden administrasiyası da hesab edir ki, Moskva Moldova daxilində qeyri-sabitlik barədə dezinformasiya yaymağa çalışır.

Onlar Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Dnestryanı işğal etməyi planlaşdırdığı barədə bəyanatını hesab edirlər.