Dövlət Dumasının Sağ Qüvvələr İttifaqından keçmiş deputatı, Moskva yaxınlığındakı Dolqoprudnı Deputatlar Şurasının üzvü Boris Nadejdin “Vətəndaş Təşəbbüsü” partiyasından prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
Tribunainfo.az “Vedomosti”yə istinadən xəbər verir ki, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etmək qərarını açıqlayan ilk namizəd olub.
Andrey Neçayev həmin xahişi qəbul edib və Nadejdinin namizədliyini təsdiqləyib.
Eyni zamanda, Namizədliyi irəli sürmək üçün 100 min imza toplamaq lazımdır. Qeyd olunur ki, hər rayonda 2500-dən çox imza olmamalıdır.
Qeyd edək ki, Nadejdin 53 regionda imzatoplama qərargahının fəaliyyət göstərəcəyini vurğulayıb. Onun sözlərinə görə, “Vətəndaş Təşəbbüsü” artıq 100 mindən çox əhalisi olan şəhərlərin siyahısını hazırlayıb. O, Qafqazda və yeni bölgələrdə imza toplaymayacağını vurğulayıb.