Rusiya Cənubi Qafqaz üzrə danışıqların İsveçrədən köçürülməsi məsələsini qaldırır — Zaxarovabackend

Rusiya Cənubi Qafqaz üzrə danışıqların İsveçrədən köçürülməsi məsələsini qaldırır — Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib ki, Rusiya Cənubi Qafqaz üzrə müzakirələrin İsveçrədən başqa ölkəyə keçirilməsi məsələsini qaldırmağa məcburdur.

Tribunainfo.az TASS-a istinadən xəbər verir ki, onun sözlərinə görə, “Biz dəfələrlə İsveçrə tərəfinin diqqətini ona yönəltmişik ki, onun kollektiv Qərbin Rusiyaya qarşı açıq düşmənçilik kursuna məsuliyyətsiz riayət etməsi, o cümlədən Avropa İttifaqının bütün anti-Rusiya sanksiyaları paketlərinə qoşulması, həmçinin Kiyevlə tam həmrəylik nümayiş etməsi bitərəfliyi pozur”.

“Bu kontekstdə Rusiya tərəfi Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə dair Beynəlxalq Cenevrə müzakirələrinin başqa bir ölkəyə ötürülməsi məsələsini praktiki müstəviyə gətirmək məcburiyyətində qaldı, onun hakimiyyəti faktiki olaraq hər hansı bir dövlətin maraqlarına xələl gətirən hərəkətlərdən çəkinir”, – diplomat əlavə edib.

Zaxarova vurğulayıb ki, “bir neçə dövlət haqlı olaraq belə bir rola iddia edir və onlardan bəziləri artıq müntəzəm müzakirə görüşləri keçirmək üçün öz ərazilərini verməyə razılaşıblar”.