“RUSİYA CAVAB VERMƏSƏ, HÜCUMLAR ARTACAQ”backend

“RUSİYA CAVAB VERMƏSƏ, HÜCUMLAR ARTACAQ”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kremlə hücum əslində Pentaqon tərəfindən həyata keçirilib. Bu acı reallıqdır və cavab olmadığı üçün belə hücumlar artacaq”.

Tribunainfo.az xəbər verir ki, bu fikrilərlə rusiyalı politoloq Sergey Markov çıxış edib. Politoloq Rusiya Dövlət dumasının eks-deputatı İlya Ponomaryovun “Kremlə PUA ilə hücumu Putinə qarşı silahlı müxalifət həyata keçirib” sözlərinə də fikir bildirib. O qeyd edib ki, bütün bunlar yalandır və Rusiyada silahlı müxalifət yoxdur:

“Bu saxtakarlıqdan Ukraynanın hərbi kəşfiyyatı fəal şəkildə istifadə edir. Onun özü də Ukraynanın dəqiq hərbi kəşfiyyatının nəzarəti altında olan şəxs kimi tanınır. Ponomaryovun sözləri açıq şəkildə göstərir ki, Kremldəki terror aktı məhz Ukraynanın hərbi kəşfiyyatı tərəfindən həyata keçirilib. Və bu kəşfiyyat ABŞ Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinə tabedir. Yəni, Kremlə hücum əslində Pentaqon tərəfindən həyata keçirilib. Bu acı reallıqdır. Və cavab olmadığı üçün belə hücumlar artacaq”.