Rusiya beynəlxalq təşkilatın rəhbərliyindən uzaqlaşdırıldıbackend

Rusiya beynəlxalq təşkilatın rəhbərliyindən uzaqlaşdırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) İdarə Şurasına yenidən üzv seçilməyib. Belə ki, şimal qonşumuz 36 ölkədən ibarət Şurada qalmaq üçün kifayət qədər səs toplaya bilməyib.

Şənbə günü quruma səsvermə keçirilib. Kanada açıq şəkildə Rusiya Federasiyasının yenidən seçilməsinə qarşı çıxıb.

Qeyd edək ki, ICAO 1944-cü ildə yaradılmış Birləşmiş Millətlər Təşkilatının hökumətlərarası ixtisaslaşmış qurumudur. Təşkilatın məqsədləri qlobal hava nəqliyyatı sisteminin nizamlı işini və inkişafını təmin etməkdir.