Kremldən demək olar ki, hər gün, bu yaxınlarda isə Baltikyanı ölkələrdən olan dostlarımıza qarşı təhdidlər eşidirik, ona görə də nəzərə almaq lazımdır ki, bir gün Vladimir Putin hətta NATO ölkələrindən birinə hücum edə bilər. Bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius “Tagesspiegel” qəzetinə müsahibəsində bildirib.
“Ekspertlərimiz bunun beş-səkkiz il ərzində mümkün olacağını güman edirlər”, – deyə o, hazırda hücum ehtimalının olduğuna inanmadığını qeyd edib.
Nazir xüsusilə müdafiə sənayesinin gücləndirilməsi istiqamətində qabaqcadan ehtiyat tədbirlərinin görülməsinə çağırıb. O, artıq icbari hərbi xidmətin tətbiqi ideyasını irəli sürüb və aprel ayına qədər belə bir təklifi hökumətin təsdiqinə təqdim etmək niyyətindədir. Pistorius silahlı qüvvələrdə xidmətini alman pasportu olmayanların istifadəsinə verməyə hazır olduğunu bildirib. “Biz bunu Avropada birinci etməyəcəyik” deyən Almaniyanın müdafiə naziri əlavə edib ki, “təhlükənin ciddiliyi” nəzərə alınmaqla ölkənin müdafiə qabiliyyəti sürətlə gücləndirilməlidir.
Tribunainfo.az