Rus əsgərlərdən Putinə BÖYÜK ZƏRBƏbackend

Rus əsgərlərdən Putinə BÖYÜK ZƏRBƏ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusu tərəfə keçən ruslar ölkələrini Putin rejimindən azad etmək üçün mübarizə aparır.Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, həmin rus əsgərlərindən biri, 48 yaşlı rus mühəndis Vladimir Grotskov, ölkəsini sevdiyi üçün öz ölkəsinə qarşı vuruşduğunu və Putini “dünya sülh və təhlükəsizliyini təhdid edən xərçəng” olaraq gördüyünü söyləyib.

Britaniyanın “Daily Mail” qəzeti Ukrayna ordusunun sıralarında Vladimir Putin ordusuna qarşı çoxlu rusların da döyüşdüyünü yazıb.

Xəbərdə bir çox rusun ölkəsini Putinin iqtidarından qurtarmaq üçün tərəfini dəyişərək Ukraynanın tərəfində döyüşməyə başladığı bildirilib.

Onların arasında rusiyalı hərbi əsirlərlə yanaşı, Rusiyanın bank nəhəngi “Qazprombank”ın keçmiş vitse-prezidentlərindən biri İqor Volobuyev də var.

Ukraynada anadan olan Volobuev Rusiya vətəndaşı olmasına baxmayaraq, işğaldan sonra Ukrayna sıralarına qoşulan ən yüksək vəzifəlilərdəndir.

Volobuev Ukraynaya qaçdıqdan sonra verdiyi açıqlamada “Rus kişiləri, əgər Putin rejiminə nifrət edirsinizsə və Rusiyanın azad olmasını istəyirsinizsə, gəlin bizə qoşulun” çağırışı edib.

“Ukraynanın ən yeni qəhrəmanları” kimi qələmə verilən bu Rusiya qüvvələri ələ keçiriləcəkləri halda ölüm cəzası riskini gözə alaraq Ukrayna sıralarına qoşulublar.