Bakı şəhər Mədəniyyət Baş İdarəsi gənclər və qazilərlə Roza Zərgərlinin görüşünü təşkil edib. Eyni zamanda, Bakı şəhər 45 saylı məktəbdə şagirdlərlə fitnes məşqçisi Kamil Zeynalının görüşü olub. Bu da ictimai qınağa səbəb olub. Tribunainfo.az məlumat verir ki, dosent Zaur Əliyev bu iki görüşün təşkilinə etiraz edib. Onun sözlərinə görə, onda dərsliklərə Şəbnəm Tovuzlu, Vəfa, Nəfəs kimi müğənnilər haqda məlumatlar salınar, ailəsini məhv etmiş Əhməd milli qəhrəman olar, aparıcı Zaurlar, Xoşqədəm, Elgiz, Tolik, Lalə Azərtaş, Amilə ordeni verilər. Sosial media hesabında sərt ifadələr seçən Z.Əliyev ironiya ilə deyib ki, məktəblər ləğv edilsin, ali təhsil müəssisələri ləğv edilsin, elmlər akademiyası, elm və təhsil nazirliyi, mədəniyyət nazirliyi ləğv edilib yerində “Tik Tok Nazirliyi” yaradılsın: “Ölkənin ziyalıları, qəhrəman əsgərləri, zabitləri, alimləri, yazarları, ictimai xadimləri isə getsinlər torpaq uğrunda ölsünlər. Kimlərə lazımdır axı onlarla görüşmək…”