backend

Röya məhrum müğənninin məşhur mahnısına klip çəkdirdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın “Baku Music Factory” musiqi Youtube-kanalında Röyanın “Darıxdım” mahnısına çəkdirdiyi yeni klipi təqdim olunub. 

Azərbaycanın “Baku Music Factory” musiqi Youtube-kanalında Röyanın “Darıxdım” mahnısına çəkdirdiyi yeni klipi təqdim olunub.

TİA.AZ xəbər verir ki, musiqisi Nadir Əzimova, sözləri isə Xanım İsmayılqızına aid olan “Darıxdım” mahnısını ilk dəfə 2000-ci illərin əvvələrində populyar müğənni Rüfət Mehdiyev ifa edib. Kompozisiya aktual olaraq qalır və indiyədək dinləyicilərin sevimli mahnısıdır. Əməkdar artist Röya isə mahnını repertuarına daxil etməklə ona yeni həyat verib. Mahnının yeni versiyasının aranjimanının müəllifi Muxtar Abyesynovdur.

Röya sözügedən mahnıya çəkdirdiyi klipi Rüfət Mehdiyevin əziz xatirəsinə həsr edib. Ağ-qara üslubda çəkilən klipin rejissoru məşhur aparıcı Tural Əsədov olub.

Xatırladaq ki, Rüfət Mehdiyev 2011-ci il fevralın 1-də arterial təzyiqin kəskin artması nəticəsində insultdan vəfat edib.