backend

“Rossiya 24” prezidentin ad günü ilə bağlı sujet hazırladı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Rossiya 24” telekanalı ölkə başçısı ilə bağlı xüsusi süjet hazırlayıb. 
Azərbaycan Prezidenti İlham Əliyevin doğum günü münasibətilə “Rossiya 24” telekanalı ölkə başçısı ilə bağlı xüsusi süjet hazırlayıb.

“Bu gün Azərbaycan Prezidenti yubileyi münasibətilə təbrikləri qəbul edir, bu gün İlham Əliyevin 55 yaşı tamam olur. O, ölkənin baş postuna 13 il öncə təyin olunub. Bundan sonra Azərbaycan sakinləri iki dəfə ölkə rəhbərliyini ona etibar ediblər. Savadlı, intellektual, gözəl yumor hissi, işıqlı təbəssümə sahib Azərbaycan prezidenti İlham Əliyevin 55 yaşı olur. Bütün ölkə və Azərbaycan xalqına görə məsuliyyət İlham Əliyevin çiyinlərinə çox tez düşmüşdü. O, 42 yaşında prezident oldu və qismətinə ölkəni dizləri üstündən qaldırmaq, müstəqil Azərbaycanı qoruyub saxlamaq yazılmış atası Heydər Əliyevin kursunu uğurla davam etdirdi. İlham Əliyev inkişafı daha da sürətləndirdi, Azərbaycan müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirdi. Təkcə son 10 il ərzində ÜSM təxminən 2,5 dəfə artıb, investisiyaların həcmi 189 milyard dollar təşkil edib”. – reportajda deyilir.

Qeyd olunub ki, prezident İlham Əliyev ölkənin inkişafına sürətli təkan verdi, Azərbaycanı müstəqil iqtisadiyyata malik olan müasir dövlətə çevirdi.

Süjetdə deyilir ki, bütün fəaliyyət sahələrinə yeni baxış İlham Əliyevin kredosudur: “Bakı supermüasir şəhərə şevrilib. Bakıda qədimlik və müasirlik harmonik görünür. İlham Əliyev müstəqil xarici siyasət yeridir. O, Rusiyaya qarşı səmimiyyətini gizlətmir. Burada rus dilinə hörmət və sevgi ilə yanaşırlar”.

“Mən sizi 55 yaşınızın tamam olması münasibəti ilə təbrik edirəm. “Beş” – bu əladır. Siz institutda oxuduğunuz zaman mən sizə həmişə 5 yazmışam. “Beş” – irəliləyən dövlətin rəhbəri olmaqla siz bu qiyməti qazanmısınız” – bu fikirləri 1974-1984-ci illərdə Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru olmuş Nikolay Lebedev deyib.

Sujetdə “Həftə xəbərləri” verlişinin aparıcısı Dmitri Kiselev, Azərbaycan və rusiyalı rejissor Yuli Qusman da prezident İlham Əliyevi ad günü münasibəti ilə təbrik edib, onunla bağlı xatirələrini bölüşüblər.