Ronaldu: Onu zorlamamışambackend

Ronaldu: Onu zorlamamışam

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yuventus”un portuqaliyalı legioneri Kriştianu Ronaldu zorlama ittihamlarına münasibət bildirib.

Oxu.Az xəbər verir ki, futbolçu Instagram-da canlı yayımda ABŞ vətəndaşı Ketrin Mayorqanın iddialarını yalan adlandırıb.

O, həmin adamı zorlamadığını bildirib.

“O qadın adımdan istifadə edərək məşhurlaşmaq istəyir. Belə hallar işimin bir hissədir”, – deyə o vurğulayıb.

Qeyd edək ki, K. Mayorqa 2009-cu ildə Las-Veqasda Ronaldu tərəfindən zorlandığını iddia edir.