Ronaldo “Real”a qayıtmaq istəyirbackend

Ronaldo “Real”a qayıtmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanını tərk edərək Madridə qayıtmaq istəyir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “El Nacional” məlumat yayıb.

Xəbərdə qeyd olunub ki, Ronaldo Səudiyyə Ərəbistanında yerli mədəniyyətə uyğunlaşmaqda çətinlik çəkir. Həmçinin, dil problemi portuqaliyalıya mane olur. Buna görə də o, 9 il çıxış etdiyi “Real”ın təmsilçisi Madridə qayıtmaq, orada yaşamaq istəyir.
Bundan başqa bildirilib ki, “Real”ın prezidenti Florentino Peres Ronaldoya kluba səfir kimi qayıtmağı, yaxud da başqa bir vəzifə təklif etməyə hazırdır.
Qeyd edək ki, Ronaldo 2009-2018-ci ildə “Real”da çıxış edib.