“Azərbaycan birbaşa hərbi hücum hədələri ilə İrəvanı asanlıqla müxtəlif güzəştlərə getməyə məcbur edə bilər”.
Tribunainfo.az xəbər verir ki, bu sözləri Rusiya Hərbi-Siyasi Jurnalistika Mərkəzinin eksperti Boris Rojin deyib.
Onun sözlərinə görə, Paşinyan bir sıra güzəştlərə getməyə hazırlaşır. “Müharibənin birbaşa başlamayacağına inam Paşinyanın artıq Azərbaycana etdiyi və bir sıra məsələlərdə gələcəkdə etmək niyyətində olduğu bir sıra güzəştlərdən irəli gəlir”.
Rojin onu da deyib ki, Paşinyan Bakı və Ankara üçün İrəvanda çox əlverişli fiqurdur. “Ona görə də hər iki ölkə bu imkan olduğu müddətdə bundan istifadə edəcəklər”.
Fərda Uğur