Razılıq əldə olundu: Müxalifətin namizədi BƏLLİDİRbackend

Razılıq əldə olundu: Müxalifətin namizədi BƏLLİDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə müxalifətin prezidentliyə namizədi məlum olub.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun namizədliyi ilə bağlı fikir birliyi əldə olunub.

Daha öncə Demokrat Partiyasını sədri Gültəkin Uysal açıq şəkildə Kılıçdaroğlunun namizədliyini dəstəkləyib. Digər partiyalar da bu məsələdə müsbət yanaşdıqlarını göstəriblər. Sadəcə İYİ Partiya sədri Meral Akşener CHP liderinin namizədliyinə qarşı olduğunu dəfələrlə demişdi. Lakin son olaraq Kılıçdaroğlu ilə Akşener arasında 2 saatlıq görüş baş tutdu və tərəflər arasında razılıq əldə olundu.

Türkiyə mətbuatında yer alan xəbərlərə əsasən, İYİ Partiya sədri CHP liderinin namizədliyini qəbul edib. Akşener bunun qarşlığında baş nazir vəzifəsini istəyib. O, həmçinin iqtisadi məsələlərin idarəsinin partiyasına verilməsini, özünün həm də prezidentin müavini olmasını tələb edib. Kılıçdaroğlunun bu tələbləri qəbul etdiyi bildirilir.

Qeyd edək ki, müxalifəti təmsil edən 2 böyük partiyanın razılaşmasından sonra Kamal Kılıçdaroğlunun namizədliyinin mart ayında rəsmən açıqlanması gözlənilir. Müxalifətin iqtidara gələcəyi təqdirdə, Kamal Kılıçdaroğlunun prezident, Meral Akşenerin isə baş nazir olacağı vurğulanıb.