QURANIN YANDIRILMASINDA İSVEÇ HÖKUMƏTİ GÜNAHKARDIRbackend

QURANIN YANDIRILMASINDA İSVEÇ HÖKUMƏTİ GÜNAHKARDIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasına icazə verən polis deyil, buna şərait yaradan, icazə verən İsveç hökumətidir.

Tribunainfo.az Türkiyə mediasına istinadən xəbər verir ki, MHP lideri Dövlət Bağçalı bu barədə qrup toplantısında çıxış zamanı deyib. O qeyd edib ki, bir axmağın etdiyi bu hərəkətə türk dünyası layiqli cavab verəcək:

“Əgər demokratiya yoxdursa, Türkiyəyə necə səyahət edib siyasətlə məşğul ola bilərsiniz? Türk milləti İslamın nişanəsidir, məzlumların ümididir. Türk islam deməkdir. Türk milləti onu cəsarətlə müdafiə edəcək qədər cəsurdur. İsveç hökumətinə xatırladıram ki, Allah birdir, ordusu türkdür.
İsveçdə bir azğın, manyak böyük kitabımızı yandırdı. Bu nifrət yayan hərəkəti fikir azadlığı kimi görənlər də ona ortaqdır. Skandinaviya ölkələri ABŞ-ın kaskadyor ölkələridir.
Biz siyasi hədəfləri görüb göstərməliyik. Türkiyə səfirliyi qarşısında Quranın yandırılmasına icazə verən İsveç hökumətidir”.