Qubanın Püstəqasım kənd sakinləri işıq problemindən şikayətçidirlər – FOTObackend

Qubanın Püstəqasım kənd sakinləri işıq problemindən şikayətçidirlər – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qubada sakinlər işıq problemindən əziyyət çəkirlər.

Bu barədə Oxu.Az-ın redaksiyasına göndərilən şikayətdə qeyd edilib.

Belə ki, söhbət Qubanın Püstəqasım kəndindən gedir. Sakinlər iddia edirlər ki, kənddə təxminən 60-70 ev var və işıqlar tez-tez sönür:

“Artıq uzun müddətdir ki, kəndi elektrik enerjisi ilə təmin edən transformator yararsız haldadır. İşıqlarımız çox zəifdir. Bir az külək əsən kimi naqillər qırılır, işıqlar sönür. Keçən il avqust ayında transformator iki dəfə yanıb. Gəlirlər, baxıb gedirlər. Elektrik dirəkləri də pis vəziyyətdədir.

Kəndin yarısında işıq normaldır, bir neçə il öncə bərpa işləri aparıblar. Amma kəndin yerdə qalan hissəsini elektrik enerjisi ilə bu transformator təmin edir, o da çox acınacaqlı haldadır. İşıq o qədər zəifdir ki, adamın gözü ağrıyır. Sovet dövründən qalan transformatordur, təhlükəlidir. Yenidən alışıb yana bilər, xahiş edirik problemin həlli üçün bizə kömək edəsiniz”.

 

Könül Cəfərli