“QONŞUNUN EVİNƏ ZƏRƏR DƏYSƏ, SIĞORTA ŞİRKƏTİ QARŞILAYACAQ?” – HÜQUQ MÜDAFİƏÇİSİNDƏN  ETİRAZbackend

“QONŞUNUN EVİNƏ ZƏRƏR DƏYSƏ, SIĞORTA ŞİRKƏTİ QARŞILAYACAQ?” – HÜQUQ MÜDAFİƏÇİSİNDƏN ETİRAZ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda mənzil sığortasının icbari olması məntiqə uyğun deyil. Çünki icbari sığortada qarşı tərəfə dəyən zərər kompensasiya edilir. Necə ki, avtomobildə elədir. Mənzil sığortasında isə qonşuya vurduğun zərərə görə şirkət heç bir təzminat vermir. Ona görə bu işdə ciddi özbaşınalıq mövcuddur”.

Bu sözləri Tribunainfo.az-a Müstəqil Həmkarlar Birliyinin həmtəsisçisi Xəzər Teyyublu deyib. Onun sözlərinə görə, mənzil sığortası məcburi olmamalıdır: “Əmlakın icbari sığortası üçün cərimə tətbiqi isə tamamilə yolverilməz haldır. Burada qanun ayaqlar altına atılır. Hesab edirəm ki, əmlak sığortası könüllü prinsiplə aparılmalıdır. Eyni zamanda, vətəndaşların sığorta şirkətinə etimadı yoxdur. Ən ciddi boşluq isə 1 milyonluq evə də, 80 minlik evə görə də eyni sığorta haqqı istənilməsidir. O halda sabah milyonluq evə zərər dəyəndə ona həmin vəsait ödəniləcəkmi? Yəni absurd və məntiqsiz addımlar çoxdur, bu məsələyə yenidən baxılmalıdır”.