Almaniyada aparılan bir araşdırma nəvələri ilə vaxt keçirdiyi üçün hərəkətli həyat sürən nənə və babaların fiziki və zehni olaraq daha sağlam olduğunu ortaya çıxarıb.
Tribunainfo.az yazır ki, aparılan araşdırmada yaşları 50-80 arası olan 14 min 810 insanın səhhəti nəzarətdə saxlanılıb. Araşdırma sonunda nəvə sahibi olan və nəvələri ilə vaxt keçirən, onlarla yaşayan nənə və babaların daha sağlam olduğu məlum olub.
Nəvələrinə baxmaqda kömək edən, onlarla oynayan, gəzintiyə çıxan yaşlılarda depressiya olmur, oynaq ağrıları isə zamanla daha da azalır.
Uşaqlara kitab oxumaq, onlarla oyun oynamaq yaşlılara yenidən həyat eşqi verir və tez qocaalmalarının qarşçısını alır.