Qızıl mədəni çökdü, ölənlər varbackend

Qızıl mədəni çökdü, ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avstraliyanın Viktoriya ştatında qızıl mədəninin çökməsi nəticəsində bir nəfər ölüb.

Tribunainfo.az Trt Haber-ə istinadən xəbər verir ki, əyalət polisi Mount Clear bölgəsində olub. Onun sözlərinə görə, mədən yerli vaxtla saat 17:00 radələrində çöküb.

Hadisəyə müdaxilə edib və xilasetmə qrupları mədəndəki təhlükəsiz əraziyə sığınmağı bacaran 29 işçini xilas edib.

Polis təhlükəsiz əraziyə çata bilməyən və dağıntılar altında qalan iki işçidən birinin xilas edilərək xəstəxanaya yerləşdirildiyini və vəziyyətinin ağır olduğunu qeyd edib.