Qərb üçün ağrılı olacaq, Rusiya nə planlaşdırır?backend

Qərb üçün ağrılı olacaq, Rusiya nə planlaşdırır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Digər tədbirlərlə yanaşı, Moskva anti-Rusiya hərəkətlərinə cavab olaraq Qərb ölkələri ilə diplomatik münasibətlərin səviyyəsini aşağı salmağı düşünür”.

Tribunainfo.az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov məlumat verib.

“İndi diplomatik münasibətlərin səviyyəsinin aşağı salınmasını ehtiva edən həll yolu mümkündürmü? Deyə bilərəm ki, bu, müzakirə mövzusudur və bütün bunlar öyrənilir. Belə qərarlar ən yüksək səviyyədə qəbul edilir”, – o, “Известия” nəşrinə müsahibəsində Moskvanın Qərbin ardıcıl anti-Rusiya siyasətinə reaksiyasının mümkün ssenarilərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Qərb anti-Rusiya tədbirləri ilə dönməzlik həddinə yaxınlaşır və Moskvanın reaksiyası onun üçün ağrılı olacaq.

“Ancaq rəqiblər bilməlidirlər ki, onlar addım-addım geri dönməzlik həddinə yaxınlaşırlar. Hansı mənada bu məqam geri dönməzdir? Qoy onlar fikirləşsinlər və qərar versinlər, amma xarici siyasətin bu yolverilməzliyi və onların cəzasızlıq vəsvəsəsi son nəticədə bizim tərəfin belə reaksiyasına gətirib çıxaracaq ki, bu da indiki kimi göründüyündən qat-qat ağrılı olacaq”, – nazir müavini bildirib.

Dəniz Pənahova