“Qərb özünü müharibəyə cəlb etməyə imkan verməyəcək” – Müdafiə naziribackend

“Qərb özünü müharibəyə cəlb etməyə imkan verməyəcək” – Müdafiə naziri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ-ın müdafiə naziri Lloyd Austin deyib ki, ölkəsi və NATO özünü “Rusiya prezidenti Vladimir Putinin Ukraynada açdığı müharibəyə cəlb olunmağa imkan verməyəcək”.

Tribunainfo.az “Amerikanın səsi”nə istinadən xəbər verir ki, nazir Ukraynanın azadlıq mübarizəsini “gərək olduğu qədər” dəstəkləyəcəklərini bildirib.

“Biz Putinin seçdiyi müharibəyə çəkilməyə imkan verməyəcəyik, lakin Ukrayna özünü müdafiə etdiyi müddətcə onun yanında olacağıq və NATO-nun kollektiv müdafiə və çəkindirmə imkanlarını gücləndirməyə davam edəcəyik”, deyə Ostin qeyd edib.
Pentaqonun rəhbəri xatırladıb ki, Vaşinqton həm də dünyadakı həmfikir ölkələri “Ukraynanın cəsur müdafiəçilərini dəstəkləmək üçün” toplayıb.
O əlavə edib ki, bu dəstək Ukraynanın öz azadlığını qazanması üçün “lazım olduğu müddətcə” davam edəcək. Ostin vurğulayıb ki, Ukraynanın təhlükəsizlik ehtiyaclarını təmin etmək və özünün döyüş hazırlığını dəstəkləmək üçün ABŞ müdafiə sənayesinin istehsal bazasını genişləndirəcək.