Qərb Moskvanı Bağdada, Dəməşqə çevirir – Ekspertbackend

Qərb Moskvanı Bağdada, Dəməşqə çevirir – Ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva artıq qorxulu şəhərə çevrilib. Qərb artıq Rusiya paytaxtını Dəməşq, Bağdad, Tripoli kimi təhlükəli şəhərlərlə bir sıraya qoyur. Bundan sonra Moskvada partlayış, dron hücumu, terror, kamikadze teraktının baş verməsi adiləşə bilər, buna təəccüblənmək lazım deyil.

Bu sözləri Tribunainfo.az-a açıqlamasında siyasi şərhçi Ramiyyə Məmmədova bildirib. O qeyd edib ki, Qərb texnoloqları beynəlxalq rəydə Moskvanı qeyri-sabit şəhər kimi təqdim edirlər. Bu da təbii olaraq həm yerli əhaliyə, həm turistlərə, həm miqrantlara mənfi təsir edir:

“Moskvada artıq uzun müddətdir ki, hər səhər bir qorxulu məlumatla açılır – bomba qoyulub, PUA hücumu olub, terror. Hesab edirəm ki, bu cür hadisələr hələ çox olacaq.
Rusiya bu kimi hallardan bir növ başını itirib. Gah günahı Kiyevin üzərinə yıxır, indi də miqrant “ovu”na başlayıb. Bir neçə gündür xüsusilə Orta Asiyadan olan miqrantlar saxlanılır. Ancaq miqrant əməliyyatları da Moskvada hansısa problemlərdən Rusiyanı azad etməyəcək.
Rusiya hələ ki, günahı Kiyevə yıxmağa çalışır. Lakin Kiyev də artıq onun zəif yerini tapıb və Rusiya ərazilərini vurmaqdan çəkinmir. Artıq dünya da Moskvaya inanmır. Putin rejiminin strateji məğlubiyyətə uğradılması üçün düymə çoxdan basılıb”.

Roman