QARPIZI BİR DƏ BELƏ SEÇİN… AĞ LƏKƏLİ DADSIZ, İNCƏ UZUN QARPIZ İSƏ…backend

QARPIZI BİR DƏ BELƏ SEÇİN… AĞ LƏKƏLİ DADSIZ, İNCƏ UZUN QARPIZ İSƏ…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yayın ən sevilən meyvəzi heç şübhəsiz qarpızdır. Yayda sərinləmək üçün qarpız əvəzedilməzdi. Ancaq əlbəttə birinci düzgün qarpızı seçmək və bunu bacarmaq lazımdır. Ənənəvi olaraq hamımız qarpızı qaldırır, iki əlimizlə sıxır sonra seçirik. Bu nə işə yarayır, bilmirəm. Ancaq mütəxəssislərin fikrincə, qarpızın içinin necə olmasını onun qapığına baxanda da bilmək olar.

Tribunainfo.az yazır ki, qarpız seçərkən onu iki əllə sıxmağa ehtiyac yoxdur.
Əgər qarpız böyük və ağırdırsa, bu onun şirin olduğunu göstərir. İncə və uzun qarpız isə sulu qarpızdır. Tağ hissəsində narıncı ləkəsi olan qarpızın əsasən iyi kəskin və gözəl olur. Narıncı əvəzinə ağ ləkə varsa bu dadsız qarpız sayılır.
Bəzi qarpızlarda xırda cızıqlar olur. Bu cızıqlar azdırsa qarpızın sirnisi azdır deməkdir. Həmin cızıqlar çoxdursa, bu qarpızın şirin olduğunu göstərir. Rəngi tünd və bulanıq, parlaq olmayan qarpız isə yetişmiş qarpızdır. Əgər seçdiyiniz qarpız parlaqdırsa bu o deməkdir ki, qarpız hələ tam yetişməyib.