QARABAĞDA SİLAHLAR ÇƏKİLDİ… MÜHARİBƏ BAŞLAYACAQ?backend

QARABAĞDA SİLAHLAR ÇƏKİLDİ… MÜHARİBƏ BAŞLAYACAQ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Paşinyanın “Qarabağ da daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq” bəyanatından sonra Xankəndidəki separatçılar tabe olmayacaqlarını açıq şəkildə elan edirlər. Bundan sonrakı mərhələdə bu mövqelərini davam etdirmək üçün “silahlı müqavimət” təşkil edəcəkləri ehtimalı daha böyükdür.

Tribunainfo.az yazır ki, siyasi şərhçi Asif Nərimanlının fikrincə, həbsxanalardan cinayətkarları azad etmək istəkləri də “döyüşə” canlı qüvvə toplamaq məqsədi daşıyır:

“Xocalıda silahlı dəstələri sülhməramlıların müşaiyəti altında artıq təlimlər keçir. Mümkün təxribatlar zamanı Azərbaycan əsgərinin qarşısında duruş gətirə bilməyəcəkləri bəllidir, lakin qarşıdurma, xüsusilə əhalinin zərər görəcəyi vəziyyətin yaradılması ilə reinteqrasiya prosesinin başlanması perspektivini baltalayırlar”.