QARABAĞDA GƏRGİNLİK KİMİN MARAĞINDADIR…?backend

QARABAĞDA GƏRGİNLİK KİMİN MARAĞINDADIR…?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndindəki separatçı-terrorçu rejim Bakıya açıq şəkildə meydan oxuyur, təkcə törədilən təxribatla yox, həm də verdikləri bəyanatlarla.

Tribunainfo.az yazır ki, bu haqda fikir bildirən siyasi analitik Asif Nərimanlının sözlərinə görə, qondarma “dövlət naziri” Qurgen Nersisyan iddia edir ki, Azərbaycan tərəfi qurbanlar verdi və geri çəkildi, “arsax” ərazi itki verməyib:

“Separatçı rejim bəyan edir: “arsax” rəhbərliyi orduya istənilən hücuma layiqli cavab vermək və amansızlıqla cəzalandırmaq əmri verib”.

Mövcud vəziyyətdə bu qədər sərt ritorika təkcə ictimai rəyə hesablanmış kimi görünmür, həm də arxayın olduqları nəsə var və aydındır ki, bu ritorikanın arxasında Rusiya dayanır. Çünki gərginlik “təmasların qurulması” perspektivi fonunda separatçılara da, ruslara da sərf edir. Hərçənd, Bakının nəticəsiz gərginliyə getməyəcəyi, cavabının Qarabağdakı mənzərəni tamamilə dəyişdirəcəyi ehtimalı daha çoxdur”.

Tribunainfo.az