“Qarabağ”da ciddi itkibackend

“Qarabağ”da ciddi itki

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının I turundan təxirə salınmış “Zirə” ilə matçda “Qarabağ”ın haitili müdafiəçisi Donald Geryenin zədəsi ciddi olub.

Oxu.Az xəbər verir ki, “Qarabağ”ın futbolçusunun çiynindəki zədəsi onun 3-4 həftə yaşıl meydanlardan uzaq olmasına səbəb olub.

Bu isə o deməkdir ki, Donald Gerye oktyabrın 4-də baş tutacaq Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində “Arsenal”la oyunu buraxmalı olacaq.

Bundan əlavə, Gerye Haiti millisinin oktyabrın 6-dan 15-dək nəzərdə tutulan toplanışına da qatıla bilməyəcək.