Qarabağ qazisi özünə qəsd etdi – Cibindən məktub tapıldı – FOTObackend

Qarabağ qazisi özünə qəsd etdi – Cibindən məktub tapıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Xəzər rayon sakini, 44 günlük Qarabağ-Vətən müharibəsi iştirakçısı, Qazi Hüseynzadə Elçin Xalid oğlu intihar edərək özünü öldürüb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Gənc Qazilər İctimai Birliyinin sədri Hacı Vəliyev sosial şəbəkə hesabında bildirib.

O, intihar edən qazinin cibindən məktub tapıldığını və prokurorluğa təqdim edildiyini bildirib:
“İdmançı idi, çalışırdı ki, mütəmadi idmanla məşğul olsun. Amma kontuziya almışdı deyə sağlamlığında yaranmış problem və maddi sıxıntı imkan vermirdi. Kontuziya almağına baxmayaraq, bir adamın qəlbinə dəyməzdi, incitməzdi. Demək içində çəkirmiş. Əziz qardaşım, xalq olaraq bizi bağışlama, bağışlama ki, sənə sahib çıxa bilmədik…Böyük-kiçik yeri bildiyi üçün, öz problemi xirtdəyə kimi olmağına baxmayaraq problemi, çətinliyi olan Qazinin probleminə qaçdığı üçün xətrini o qədər çox istəyirdim Elçinin. Özümə gələ bilmirəm. Heyf sənin kimi oğuldan, heyf! Bu, nə dərddir biz çəkirik?!”- deyə Hacı Vəliyev qeyd edib.
Qarabağ Qaziləri Birliyinin mətbuat katibi, Qazilər.az saytının baş redaktoru Rey Kərimoğlu da hadisə ilə bağlı sosial şəbəkədə status paylaşıb.
Bakupost.az həmin statusu təqdim edir:
“Çox təəssüf! İntihar çıxış yolu deyil! Dövlət də Qazilərin intiharları və real problemlər barədə ciddi düşünməli və çıxış yol tapmalıdır. Belə olmaz!
Xəzər rayon sakini, 44 günlük müharibə iştirakçısı, qazi Hüseynzadə Elçin Xalid oğlunun süründürməçiliyə məruz qaldığı üçün intihar etdiyi bildirilir. Allah rəhmət eləsin!”