“Qarabağ” – “Lion” oyununa 1 gündə nə qədər bilet satılıb?

“Qarabağ” – “Lion” oyununa 1 gündə nə qədər bilet satılıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Liqasının Liqa mərhələsinin 5-ci turunun “Qarabağ” – “Lion” (Fransa) matçı üçün bilet satışı davam edir.

Tribunainfo.az xəbər verir ki, 1 gün ərzində görüşə 13.000 bilet satılıb. Bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 40, 75 və 150  manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Qeyd edək ki, noyabrın 28-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.