“QARA CÜMƏ” ALIŞVERİŞLƏRİNDƏ DİQQƏTLİ OLUNbackend

“QARA CÜMƏ” ALIŞVERİŞLƏRİNDƏ DİQQƏTLİ OLUN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyaca məşhur “Qara Cümə” endirimi artıq Azərbaycanda da məşhurlaşıb. Şirkətlər sosial media hesabları vasitəsilə bu kampaniyaya qoşularaq məhsullarında endirim edirlər.

Tribunainfo.az-ın araşdırmasına görə, bəzi şirkətlər bu ad altında öz məhsullarını satmaq üçün yalançı endirimlər təklif edirlər.

Məsələn, əvvəlki qiyməti 100 manata olan məhsulların üzərindəki qiymət etiketləri dəyişdirilərək daha yüksək qiymətlər yazılır, daha sonra isə məhsulu 50 faiz endirimlə müştəriyə təklif edirlər. Belə olduğu təqdirdə isə vətəndaş endirimdən yararlandığını hesab etsə də, əslində məhsulu dəyərindən daha baha qiymətə almış olur.

Hazırda əksər geyim mağazalarından tutmuş məişət texnikası satan bütün mağazalar vətəndaşları belə yalançı endirimlərlə cəlb edir.

Belə mağaza və şirkətləri ələ verən isə özlərinin sosial şəbəkələrdə əvvəllər paylaşdıqları reklamlar olur.

Ona görə də vətəndaşlara daha ayıq olmaq məsləhət görülür. Yaxşı olar ki, mağazaların endirim təkliflərinə aldanmamış araşdırma aparın. Mağazada həmin məhsulun daha əvvəl hansı qiymətə olduğunu öyrənməyə çalışın.

Tribunainfo.az